0
loading...

Ənənəvi enerji mənbələrinin tədricən tükənməsinin və onlardan istifadə zamanı ətraf mühitə küllü miqdarda vurulan ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən (günəş və külək enerjisi, kiçik SES – lərdən, termal sular, biokütlə enerjisi) geniş istifadə olunur. Bu sahədə ABŞ, Ka­na­da, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya və Çin daha qa­baqcıl mövqe tuturlar. Statistikaya görə, inkişaf etmiş ölkələrdə bərpa olu­nan enerji mənbələrinin payına (su elektrik stansiyaları daxil olmaqla) ümu­mi istehsal olunan enerjinin 13,5 faizi düşür.
Bərpa olunan enerji mənbələri arasında külək enerjisi mühüm yer tutur. Külək enerjisindən istifadəyə görə Almaniya dünya ölkələri arasında liderlik edir. Həmin ölkədə “Bərpa olunan enerji mənbələri haqqında” qanunun qəbul edilməsi bu işə güclu təkan vermişdir. İndi Almaniyada külək enerji qurğularının istehsalı, quraşdırılması və istismarı sahəsində 35 mindən çox işçi çalışır.
Elektrik enerjisinin istehsalında suyun potensial-enerjisindən istifadə eko­­loji baxımdan təmiz hesab olunur. Bu mənbədən alınan elektrik enerjisinin istehsalı 1990 – ci ildən başlayaraq yüksələn templə artır. Böyük su ehtiyatlarına malik olan Latın Amerikası, Asiya və Afirikanın bəzi ölkələri, həmçinin Avropanın şimal ölkələri digər alternativ enerji mənbələrindən istifadə etməklə yanaşı, bu mənbədən də istifadə etməyi əsas istiqamət kimi qəbul etmişlər.
Günəş enerjisinin birbaşa istilik enerjisinə çevrilməsi dünya praktikasında geniş yayılmışdır və inkişaf etmiş ölkələrdə energetikanın əsas istiqamətlərindən biri hesab olunur. 1997 – ci il Kiot razılaşmasının prorokoluna əsasən Avropa Birliyi ölkələrində və ABŞ-da alternativ enerji mənbələrindən istifadə etmək üçün iri miqyaslı stansiyaların tikintisinə başlanmışdır. Günəş enerjisindən istifadə etməklə alınan istilik enerjisinin gücləri elektrik enerjisi ekvivalentində kifayət dərəcədə yüksəkdir. Belə ki, bu göstərici ABŞ-da 600 MVt, Fransada 100 MVt, İsraildə 100MVt, Türkiyədə 50 MVt və b. səviyyəsindədir.
ABŞ-da, Almaniyada, Yaponiyada və Çində günəş enerjisini çevirən günəş stansiyalarının əsas işçi elementinin (fotoelementin) hazırlanması üçün yüksək səmərəliliyə malik texnologiyalar tətbiq edilir. Onların faydalı iş əmsalı 12…14 faiz təşkil edir. Belə fotoelementlər əsasında yaradılan stan­­siyaların tutduğu ərazi bir MVt üçün iki hektar təşkil edir. Dünyanın inkişaf etmiş ölkələrində fotoelementlərin sahə tutumlarının azaldılması is­tiqamətində geniş elmi-tədqiqat işləri aparılır.
Beləliklə, yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Bu istilik elektrik stansiyalarında yanaçağa qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların miqdarını da xeyli azaldar. Ölkənin təbii potensialından istifadə etməklə, alternativ enerji mənbələrinin elek­trik və istilik enerjisi istehsalına cəlb edilməsi elektroenergetikanın gə­ləcək inkişaf istiqamətlərində mütərəqqi dəyişikliklər etməyə imkan ya­ra­dar.  
AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN  DÖVLƏT AQRAR UNİVERSİTETİ
 Mühazirəci:      t.e.n., dos.S.Z.Məmmədov
loading...
Baxılıb:

Blogger Disqus

 
Top