1
loading...
Qədim Azərbaycan torpağı Ön Asiyada yerləşir və Qafqaz dağlarının cənub-şərq hissələrində Urmiya gölünün cənub və cənub-şərqindəki dağlıq ərazilərə qədər olan sahələri əhatə edir. Onun sahəsi 200 min km2 –dən artıq olmuşdur.
 Azərbaycan bütövlükdə şimal və həmçinin şərq  yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir.
Azərbaycan torpağı Böyük Qafqazın cənub-şərq hissəsini, Kiçik Qafqazın şərq hissəsini, onların arasında yerləşən geniş Kür-Araz ovalığını, cənubda Talış, Savalan, Qaradağ, Bozquş silsilələrini, bütövlükdə İran yaylasının şimal-qərb hissəsini əhatə edir.
 1918-ci il may ayının 28-də Şimali Azərbaycan ərazisində Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı. Onun ərazisi 114 min km2-ə yaxın, sərhədlərinin uzunluğu isə 3504 km-dən çox idi. Sovet hakimiyyəti illərində 28 min km2-ə yaxın ərazi Azərbaycandan alınaraq qonşu respublıkalara verildi.
 1991-ci il oktyabr ayının 18-də Şimali Azərbaycan ərazisində 71 ildən sonra yenidən müstəqil  Azərbaycan Respublıkası  bərqərar oldu.
 Hazırda Azərbaycan Respublıkasının sahəsi 86,6 min km2 –dir. Respublıkanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır  və 380 25 – 410 55 şimal enlikləri ilə 440 46 - 500 23 şərq uzunluqları arasında yerləşir.
Azərbaycan Respublıkasının ucqar şımal nöqtəsi Quton dağında, ucqar cənub nöqtəsi Astaraçayda, ucqar qərb nöqtəsi Naxçıvanda Sədərək, Ağstafa rayonu ərazisində Candargöl yaxınlığında, ucqar şərq nöqtəsi Abşeron yarımadasının şərqində Şah dilində, adalarda isə Neft Daşlarında yerləşir.

Azərbaycan Respublıkası 5 ölkə ilə həmsərhəddir. Onun sərhədlərinin ümumi uzunluğu 3472 km-dir. Respublıkamız şimalda Rusiya (Dağıstan), şimal-qərbdə Gürcüstan, qərbdə Ermənistan, cənubda İran, cənub-qərbdə Terkiyə və şərqdə Xəzər dənizi ilə həmsərhəddir.
Şimaldan sərhədlərimiz Samur çayının yatağından başlayaraq Sudur silsiləsi ilə Bazardüzünə, sonra isə Baş suayrıcı silsilə üzrə qərbə doğru uzanır. Rusiya (Dağıstan) ilə sərhədlərimizin uzunluğu 391 km, Gürcüstan ilə sərhədlərimizin uzunluğu 471 km-dir. Gürcüstan ilə sərhədlərimiz Qanıx, Mazımçay, Qabırrı çaylarından, Ceyrançöldən keçir.
Murğuz, Şahdağ, Şərqi Göyçə (Sevan) dağlarının suayrıcıları Ermənistanla Azərbaycan arasında sərhəd təşkil edir. Ermənistan ərazisi Azərbaycanı onun tərkiib hissəsi olan Naxçıvan MR-dən ayırır. Naxçıvanla Ermənistanın sərhədi Zəngəzur və Dərələyəz dağlarından keçir.
Azərbaycanın Ermənistanla sərhədlərinin uzunluğu 1007 km-dir.
Cənubda təbii sərhədlərimiz İranla (Cənubi Azərbaycanla) Araz çayı, Bulqarçay, Talış dağları və Astaraçaydan keçir. İranla olan sərhədlərimizin uzunluğu 765 km-dir.
Azərbaycan Respublıkasının Türkiyə ilə 13 km-lik məsafədə həmsərhəd olmasının çox böyük iqtisadi, siyasi və strateji əhəmiyyəti vardır.
Şərqdən respublıkamız Xəzər dənizi ilə əhatə olunur. Samur çayından Astaraçaya qədər respublıkamızın sahil xəttinin uzunluğu 825 km-dir.
Xəzər dənizinin Samur və Astara çaylarının mənsəbindən  keçən en dairələri arasında yerləşən hissəsinin orta xəttindən qərbdə qalan hissəsi Azərbaycan Respublıkasına aiddir.
Xəzər dənizindəki Pirallahı, Cilov, Böyük Zirə, Xərə Zirə, Qarasu, Səngi Muğan, Neft Daşları və s. adalar da Azərbaycan ərazisinə daxildir. Xəzər dənizi səviyyəsinin qalxması ilə əlaqədar olaraq Sarı və Kür dili yarımadaları adalara çevrilmişdir.
Respublıkamızın paytaxtı Bakı şəhəri Abşeron yarımadasında, Xəzər dənizinin təbii körfəzlərindən biri olan Bakı buxtasının sahılındı yerləşir. Bakı beynəlxalq əhəmiyyətli  liman şəhəridir. Buradan Atlantlk və Şimal Buzlu əkeanlarına gəmi nəqliyyatı ilə çıxmaq mümkündür. Xəzərin günəşli sahilləri və qumlu çimərlikıləri kuror-turizm və istirahət zonası kimi böyük əhəmiyyətə malikdir.
Ərazimizin 65%-nin iqlimi subtropik, 33%-i isə mülayimdir. Qışın qısa, mülayim keçməsi yanacağa və isti qış paltarına çəkilən xərcləri azaltmağa imkan verir. Günəş enerjisinin bolluğu çox istilik sevən qiymətli bitkilər becərməyə, torpaqdan ildə iki dəfə məhsul götürməyə imkan verir. Laikn buxarlanmanın yüksək olmasına görə əkinçilikdə süni suvarma tətbiq olunur. Respublıkamızın çox hissəsinin quraq zonada yerləşməsi su ehtiyatlarının azlığına və su təchizatının baha başa gəlməsinə səbəb olur.
Son illərdə İran və Türkiyə ilə Azərbaycanın mehriban qonşuluq münasibətləri möhkəmlənir.
Gələcəkdə İran, Türkiyə, Azərbaycan və Gürcüstan arasında qarşılıqlı enerji verilişi gücləndiriləcəkdir.
Respublıkamızın Rusiya və onun  tərkibindəki Dağıstan Respublıkası ilə şimal sərhədlərinin, ancaq Şollar düzündən keçən hissəsi müasir nəqliyyat əlaqələrinə imkan verir.
Yaxın vaxtlarda Rusiya və İran dəmir yollarının Azərbaycan ərazisi vasitəsilə birləşdirilməsi gözlənilir. Bu məqsədlə İran ərazisindən Astara şəhərinədək cəmi 250 km uzunluğunda dəmir yolu xətti çəkilməlidir. Eyni zamanda İran dəmir yolları Pakistan və Hindistan dəmir yolları ilə birləşdiriləcəkdir. Nəticədə Azərbaycan Respublıkası Avropa, Cənub-Qərbi Asiya vəCənubi Asiya kimi dünyanın böyük regionlarını  bir-biri ilə birləşdirən müstəsna nəqliyyat dəhlizi-koridoru olacaqdır.
loading...
Baxılıb:

Blogger Disqus

 
Top