0
loading...

Təsviri incəsənət-4. Müəllim üçün metodik vəsait (2011)

Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum) əsasında ilk dəfə hazırlanmış“Təsviri İncəsənət” fənnindən 4-cü siniflər üçün müəllimlər üçün metodik vəsait, dərslik, iş dəftərindən ibarət tədris komplekti təqdim olunur.
İnsanın, cəmiyyətin həyatında incəsənətin rolu, uşağın inkişafında incəsənətin mahiyyəti vəsaitin ana xəttini təşkil edir. Uşaq mütaliə etməyi, obrazlar yaratmağı, ətrafda baş verən hadisələrə münasibət bildirməyi, yaratdıqı obraza xarakter verməyi bacarmalıdır. Bu xüsusiyyətlərə müəllim tərəfindən düzgün tədris olunan “Təsviri incəsənət” fənninin köməyi ilə yiyələnmək mümkündür.
Müəllim üçün vəsaitdə aşağıdakı materiallar öz əksini tapmışdır:
Dərslik komplektinin mövzular üzrə strukturu;
IV sinif üzrə müəyyən olunmuş məzmun standartları;
Fənn üzrə məzmun standartlarının reallaşma cədvəli və illik iş planı;
Fənlərarası inteqrasiya imkanları və digər fənlərin uyğun alt standartları ilə inteqrasiya cədvəli;
Şagird nailiyyətlərinin qiymətləndirilməsi nümunələri;
Müəllim üçün metodik vəsaitdə istifadə olunan üsullar;
Dərsin fəal təlim mərhələləri üzrə planlaşdırılma nümunələri;
Terminlər lüqəti;
Qiymətləndirmə vasitələri;
Dərslikdə istifadə olunan reproduksiyaların siyahısı;
Mənbələr.  
Uşaqların incəsənətlə ünsiyyəti prosesində müəllimin rolu danılmazdır. Məhz müəllim dərsdə emosional-bədii atmosfer yaradır, məqsədlər qoyur, şagirdlərin bədii əsərlərlə canlı ünsiyyətini təşkil edir. Bu da uşaqların esteti dünyagörüşlərinin inkişafına səbəb olur.
Müəllif: Cəlilova Y.Q., Cəfərzadə K.Ə.
İl: 2011
Fənn: Təsviri incəsənət
Sinif: 4
Ədəbiyyatın növü: Müəllim üçün metodik vəsait
Təhsil səviyyəsi: İbtidai təhsil
loading...
Baxılıb:

Blogger Disqus

 
Top