0
loading...
Təsviri incəsənət –3. Müəllim üçün metodik vəsait
Təsviri incəsənət fənnindən Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu) əsasında hazırlanmış 3-cü sinif dərslik komplekti – dərslik, iş dəftəri və müəllim üçün metodik vəsaitdən ibarətdir.
Təsviri incəsənət fənni şagirdlərin estetik dünyagörüşünü və hissiyyat aləmini inkişaf etdirmək, hadisələri bədii təsvir vasitələri ilə ifadə etmək bacarıqlarını formalaşdırır. Dərslik komplekti şafirdin yalnız təsvir bacarıqlarına deyil, onun ümumi inkişafına istiqamətlənərək düşünməyə sövq edir, onlarda müstəqil tədqiqatçılıq, yaradıcılıq və vərdişlər aşılayaraq tənqidi təfəkkürü inkişaf etdirir. Dərslikdə verilən biliklər müxtəlif həyat hadisələri ilə, fənlər ilə inteqrasiya olunaraq mövzunun, anlayışın daha dərindən başa düşülməsinə xidmət edir.
Müəllim üçün metodik vəsaitdə dörd vahid üzrə cəmlənmişdir:
I. Təbiətin emalatxanasında
II. İnsan təbiətdən öyrənir
III. Sənətkarın emalatxanasında
IV. Şəhərimizin incəsənəti

Bu dərslik komplekti müəllimlərə və valideynlərə uşaqların təsviri incəsənətlə ünsiyyəti prosesini daha səmərəli və sevindirici etməyə imkan verəcək, eyni zamanda şagirdlərin yaradıcılıq imkanlarının inkişafına və onlarda incəsənətə maraq oyanmasına kömək edəcək.
Müəllif: Cəlilova Y.Q., Cəfərzadə K.Ə.
İl: 2010
Fənn: Təsviri incəsənət
Sinif: 3
Ədəbiyyatın növü: Müəllim üçün metodik vəsait
Təhsil səviyyəsi: İbtidai təhsil
loading...
Baxılıb:

Blogger Disqus

 
Top