0
loading...
Ümumtəhsil məktəbləri üçün “Bakı” nəşriyyatı tərəfindən işlənilmiş “Astronomiya. 11-ci sinif” dərsliyi, astronomiya fənni proqramına uyğun, yeni konsepsiya əsasında hazırlanmışdır. Astronomiya elminin tədqiqat obyekti Kainat və onun elementlərinin mənşəyi, tərkibi, xassəsi, təkamülü və inkişaf qanunauyqunluqlarıdır. XVII əsrin əvvəllərində teleskopla müşahidələrin başlanması (1610-cu il, Q.Qaliliey), sonralar teleskopların təkmilləşdirilməsi və digər tədqiqat vasitələrinin yaradılması, təkcə bizim Qalaktikada müşahidə oluna bilən obyektlərin sayını 108 dəfə (yüz milyon dəfə) artırdı. Tədqiqat vasitələrinin Yer atmosferindən kənara çıxarılaraq, orbital rəsədxanaların yaradılması (“”Astron” və “Habbl kosmik teleskopu”), kosmanavtikanın astrofiziki tədqiqatlarda yeni layihələr üzrə daha geniş tətbiqi, astronomiyanı elektromaqnit şüalanmasının bütün diapazonunda tədqiqat aparmağa imkan verən elmə çevirdi. Astronomik müşahidələr və müasir fiziki tədqiqat metodları əsasında Kainatın mənşəyi, quruluşu və təkamülü haqqında əsaslandırılməş elmi mülahizələr yürüdülür, dünyanın elmi mənzərəsi haqqında düzgün təsəvvürlər formalaşdırılır. Dərslikdə astronomiyanın öyrəndiyi məsələlər elmin son məlumatlarına və nailiyyətlərinə istinad edilməklə şərh edilir.
Müəllif: Murquzov M.İ., Abdurazaqov R.R., Mehdiyev A.Y.
İl: 2010
Fənn: Astronomiya
Sinif: 11
Ədəbiyyatın növü: Dərslik
Təhsil səviyyəsi: Orta
loading...
Baxılıb:

Blogger Disqus

 
Top