1
Təsviri incəsənət –2. Müəllim üçün metodik vəsait
Təsviri incəsənət fənnindən Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu) əsasında hazırlanmış 2-ci sinif dərslik komplekti – dərslik, iş dəftəri və müəllim üçün metodik vəsaitdən ibarətdir.
Müəllim üçün metodik vəsaitdə aşağıdakı materiallar öz əksini tapmışdır:
– 2-ci sinif üzrə məzmun standartları;
– Dərslik komplektində dərslərin mövzular üzrə planlaşdırılması. Burada fənn üzrə məzmun standartlarının reallaşma cədvəli və illik iş planı, fənlərarası inteqrasiya imkanları və dıgər fənlərin uyğun alt standartları ilə inteqrasiya cədvəli birlikdə göstərilmişdir;
–        Şagird nailiyyətlərinin qiymətləndirilmə prinsipləri və formaları barədə;
–        Təlimin təşkilində istifadə olunan üsullar;
–        Dərsin mərhələlər üzrə planlaşdırılma nümunələri.
Dərsin planlaşdırılması nümunələrində tövsiyə olunan materiallardan tədris prosesində istifadə edilməsi konkret situasiyalardan asili olaraq, müəllim tərəfindən müəyyənləşdirilir. Dərslər aşağıdakı mərhələlərlə aparılır və vaxt bölgüsü sinfin hazırlığına əsasən təqribi olaraq müəyyən edilmişdir:
Motivasiya, tədqiqatın qoyulması (5-7 dəq.);
Tədqiqatın aparılması (20-23 dəq.);
Məlumat mübadiləsi (5-7 dəq.);
Məlumatın müzakirəsi və təşkili (5-7 dəq.);
Nəticələr çıxarılması (3-5 dəq.);
Qiymətləndirmə (2-3 dəq.);
Yaradıcı tətbiqetmə.
Müəllif: Cəlilova Y.Q., Cəfərzadə K.Ə.
İl: 2009
Fənn: Təsviri incəsənət
Sinif: 2
Ədəbiyyatın növü: Müəllim üçün metodik vəsait
Təhsil səviyyəsi: İbtidai təhsil

Blogger Disqus

 
Top